Türkiyə ermənilərin SU-25 iddiasını yalanladı

  29 Sentyabr 2020    Oxunub : 3034
  Türkiyə ermənilərin SU-25 iddiasını yalanladı
Türkiyə Ermənistan ordusuna məxsus təyyarəni vurmayıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Ermənistanın SU-25 təyyarəsinin guya Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vurulması ilə bağlı iddialarına cavab olaraq deyib.

"Türkiyə qırıcısının guya Ermənistanın döyüş təyyarəsini vurması iddiası tamamilə həqiqətə uyğun deyil. Ermənistan ucuz təbliğata əl atmaq əvəzinə işğal etdiyi ərazilərdən çəkilməlidir" , - deyə Fahrettin Altun bildirib.

Azvision.az

Teqlər: Türkiyə   FahrettinAltun