“Nə muzdlulara, nə də əlavə qüvvəyə ehtiyac var” - Səfir

  29 Sentyabr 2020    Oxunub : 2620
 “Nə muzdlulara, nə də əlavə qüvvəyə ehtiyac var” -  Səfir
Azərbaycan Ordusunun muzdlulara ehtiyacı yoxdur, onların olması barədə iddialar həqiqətə uyğun deyil.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, türk muzdlularla bağlı məlumatlar tamamilə saxtadır. "Ordumuzun bu gün nə muzdlulara, nə də əlavə qüvvələrə ehtiyacı var", səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Səfir