“Rusiya Qarabağdakı vəziyyəti diqqətlə təhlil edir” - Peskov

  29 Sentyabr 2020    Oxunub : 1585
 “Rusiya Qarabağdakı vəziyyəti diqqətlə təhlil edir” -  Peskov
Rusiya Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə təhlil edir, İrəvan, Bakı və Ankara ilə təmasdadır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi İrəvan, Bakı və Ankara ilə müxtəlif səviyyələrdə daim əlaqə saxlayır. Təmas xəttində baş verənlər barədə bütün məlumatları toplayırıq”, - deyə Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Peskov   Rusiya   Qarabağ