“Qarabağ probleminin bir həll yolu var” - Çavuşoğlu

  29 Sentyabr 2020    Oxunub : 2937
“Qarabağ probleminin bir həll yolu var” -  Çavuşoğlu
Qarabağ münaqişəsinin bir həll yolu var - Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Döyüş meydanında və masada Azərbaycanın yanındayıq", - deyə XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, bu gün Çavuşoğlu hakim Ədalət İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuşla birgə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbarhimi iqamətgahında ziyarət ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Çavuşoğlu