Avtomobillə vurulan piyada xəstəxanada öldü

  28 Sentyabr 2020    Oxunub : 1165
Avtomobillə vurulan piyada xəstəxanada öldü
Sentyabrın 26-da saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada