Abşerondan kənara çıxmayın! - ABŞ səfirliyindən xəbərdarlıq

  25 Sentyabr 2020    Oxunub : 7519
     Abşerondan kənara çıxmayın!    - ABŞ səfirliyindən xəbərdarlıq
ABŞ səfirliyi Azərbaycanda olan vətəndaşlarına xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında məlumat paylaşılıb.

"ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb", - deyə məlumatda bildirib.

Bundan əlavə, səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib. Səfirlik, həmçinin ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırıb.

Azvision.az

Teqlər: ABŞ   Səfirlik