Qazaxıstanda ölüm hökmü ləğv edildi

  24 Sentyabr 2020    Oxunub : 1645
 Qazaxıstanda ölüm hökmü ləğv edildi
Qazaxıstan ölüm cəzasının ləğvi ilə bağlı beynəlxalq protokola qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT-nin mənzil-qərargahında Qazaxıstanın qurumdakı Daimi nümayəndəsi Kairat Umarov ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar paktına dair ikinci protokolu imzalayıb.

Ölüm cəzasının ləğvi ilə bağlı protokola qoşulma qərarı daha əvvəl ölkə Prezidenti Kasım-Comart Tokayev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi müzakirələrindəki çıxışında elan edilib.

“Hüquq müdafiəçilərimiz tərəfindən fəal şəkildə qaldırılan məsələlərin həlli üçün vaxt çatıb”, - Tokayev deyib.

Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün tətbiqinə məhdudiyyətsiz moratorium 2003-cü ildən qüvvədədir. 2004-cü ildən bəri bunun əvəzinə ömürlük həbs cəzası tətbiq olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan   Cəza