Britaniyada yeni məhdudiyyətlər tətbiq olundu

Britaniyada yeni məhdudiyyətlər tətbiq olundu
  22 Sentyabr 2020    Oxunub:2846
Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasının ikinci dalğası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq olunub.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Boris Conson parlamentdə çıxışı zamanı bildirib.

Conson deyib ki, koronavirus payız və qış aylarında daha sürətli yayılacaq. Buna görə indi hərəkət etmək lazımdır: "Evdən işləyə bilənlərdən bunu davam etmələrini xahiş edirik”.

Yeni qaydalara əsasən, Britaniyada bütün restoranlar, pub və barlar 24 sentyabr saat 22:00-dan etibarən fəaliyyətini dayandıracaq.

Tibbi maska taxmayanlar üçün nəzərdə tutulan cərimənin məbləği 100 funt sterlinqdən 200 funt sterlinqə qaldırılıb. Artıq mağazalar və restoranların bütün işçiləri maska taxmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İngiltərə  





Xəbər lenti