AFFA klub və futbolçuları cərimələdi

AFFA klub və futbolçuları cərimələdi
  22 Sentyabr 2020    Oxunub:6212
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın III turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
Azvision.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Nikolas Raysel "Keşlə" ilə qolsuz heç-heçə etdikləri matçda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimə olunub. Paytaxt təmsilçisinin 4 oyunçusu sarı vərəqə alıb və klubu 800 manat ziyana salıb.

"Sumqayıt" klubuna 400 manat cərimə kəsilib. Buna səbəb "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan öncə yanğınsöndürən nümayəndəsinin təyin olunan vaxtda iclasa qatılmamasıdır. Hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat ödəməli olacaq.

"Sabah"ın 4 üzvü "Zirə"yə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılıb və klub 800 manat cərimə olunub.

Azvision.az



Teqlər: AFFA   Futbol  





Xəbər lenti