“Zirə” öz meydanında məğlub oldu - VİDEO

  20 Sentyabr 2020    Oxunub : 11001
“Zirə” öz meydanında məğlub oldu -  VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, "Zirə" klubu öz meydanında "Sabah" komandasını qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə nəticəsində "Sabah" xallarının sayını 6-ya çatdırıb, "Zirə"nin isə 4 xalı var.



Azvision.az

Teqlər: Zirə   Sabah