UEFA-dan Əliyar Ağayevə təyinat

UEFA-dan Əliyar Ağayevə təyinat
  20 Sentyabr 2020    Oxunub:3838
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
Azvision.az xəbər verir ki, o, turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək.

Ona bu işdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Styaua” - “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.

Azvision.az


Teqlər: FIFA  





Xəbər lenti