“Qalatasaray” Bakıdan qələbə ilə qayıdır - YENİLƏNİB

 “Qalatasaray” Bakıdan qələbə ilə qayıdır -  YENİLƏNİB
  18 Sentyabr 2020    Oxunub:12989
Bu gün “Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçirilib.

"Neftçi"nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.

“Qalatasaray”ın ilk on birliyində meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

Matçın 19-cu dəqiqəsində "Qalatasaray" hesabı açıb. Mbaye Diaqne dəqiq zərbə ilə fərqlənib.

İlk hissədə əlavə qol vurulmayıb. 46-cı dəqiqədə "Neftçi" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Türkiyə təmsilçisi yenidən üstünlüyü ələ alıb. İstanbul klubu 63-cü dəqiqədə hesab arasında fərqi artırıb.

Maraqlı anlarla yadda qalan matç Fatih Terimin yetirmələrinin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb.





Azvision.az


Teqlər: Neftçi   Qalatasaray  





Xəbər lenti