Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.