Naxçıvanın iqtisadiyyatı 0,7% artıb

Naxçıvanın iqtisadiyyatı 0,7% artıb
  11 Sentyabr 2020    Oxunub:2831
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,7% artaraq 1 840 976,0 min manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artaraq 3 999,5 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-avqust aylarında sənaye üzrə 758 415,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyib.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti