AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  08 Sentyabr 2020    Oxunub:3994
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı qərarlar verilib.

“Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Keşlə” oyununda qonaq komandanın 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimələnib.

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə edilib.

“Zirə” klubunun futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti