Sahibkarlara yeni xidmətdən yararlanmaq imkanı yaradıldı
Bu ilin avqust ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən 13,5 min tondan artıq dənli, dənli-paxlalı bitki məhsulları və yem, 22,6 min kubmetr meşə materialı, 582 min kubmetr istehsal və saxlanma yeri, 407 min kubmetr istixana sahəsi zərərsizləşdirilib.
Qeyd edək ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 1652 və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ([email protected]) müraciət etmək lazımdır.
Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Azvision.az