Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
  02 Sentyabr 2020    Oxunub:2962
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.

Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur.

Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə sentyabrın 14-də yekunlaşır.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti