"Məktəblinin dostu" şagirdlərin hərarətinin ölçülməsinə nəzarət edəcək

"Məktəblinin dostu" şagirdlərin hərarətinin ölçülməsinə nəzarət edəcək
  27 Avqust 2020    Oxunub:4209
“Məktəblinin dostu” layihəsində 300-dən çox əməkdaş iştirak edir və bunu 500-ə çatdırmağı planlaşdırırıq. Mətkəblər açılanda onlar uşaqların hərarətini ölçəcək və ya dezinfeksiya vasitələrdən istifadəsinə kömək edəcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində könüllülər dərs bitəndən sonra şagirdlərin sıxlıq yaranmadan binanı tərk etməsinə yardımçı olacaq.

“Hazırda 70 məktəbdə onlar 3, 4 nəfər olaraq fəaliyyət göstərirlər. Biz məktəblərdə sayı azaldıb, əhatə dairəsini genişləndirəcəyik. Layihə çərçivəsində könüllülər əsasən narıncı zonada- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarındakı məktəblərdə fəaliyyət göstərəcəklər”.

Aytən Zəhra

Azvision.az


Teqlər: Könüllü   məktəb  





Xəbər lenti