Tədris kursları bərpa olunacaq?

 Tədris kursları bərpa olunacaq?
  27 Avqust 2020    Oxunub:3721
"Tədris kurslarının bərpası bizim səlahiyyətimizdə deyil".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə sanitar epidemioloji vəziyyət nəzərə alınmaqla verəcək.

“Repetitor mərkəzləri barədə qərar olarsa, ictimaiyyətə çatdırılacaq. Qərarın verilməsi bu günlərdə gözlənilir”.

Azvision.az


Teqlər: TəhsilNazirliyi   OperativQərargah  





Xəbər lenti