Azərbaycanda sentyabrın 15-də tədris bərpa edilir

Azərbaycanda sentyabrın 15-də tədris bərpa edilir
  27 Avqust 2020    Oxunub:14346
Təhsil müəssisələrinin fəaliyyəti müvafiq şərait nəzərə alınmaqla bərpa olunmalıdır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, verilən qərarlara diferensial yanaşma olmalıdır: “Bu qərarların verilməsində əsas prinsip öyrənənlərin yaş xüsusiyyətləri olmalıdır”.

E.Əmrullayev, həmçinin bildirib ki, Azərbaycanda tədris sentyabrın 15-də başlayacaq. “Bu qüvvədə olan normadır. Bütün tədris müəssisələrində tədris 15 sentyabrda başlayır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir   Brifinq  





Xəbər lenti