Dövlət qulluğuna müsahibədə 139 nəfər uğur qazandı

Dövlət qulluğuna müsahibədə 139 nəfər uğur qazandı
  22 Avqust 2020    Oxunub:8976
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Azvision.az DİM-in avqustun 22-si saat 11:20-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 139 nəfər uğur qazanıb. Onlardan 40-ı Dövlət Statistika Komitəsində, 30-u Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 7-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti