Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
  21 Avqust 2020    Oxunub:9021
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.

Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə müvafiq qaydada qeydiyyatdan keçirə bilərlər.

Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan müvafiq qrupa qəbul edilə bilər.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti