Müəllimlərin işə qəbulu ilə bağlı apelyasiya mərhələsi başladı

Müəllimlərin işə qəbulu ilə bağlı apelyasiya mərhələsi başladı
  21 Avqust 2020    Oxunub:2985
Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlayıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər 24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

Namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti