Pekində maska rejimi ləğv edilib

Pekində maska rejimi ləğv edilib
  20 Avqust 2020    Oxunub:2770
Bu ilin yanvar ayından bəri ilk dəfə Pekin sakinlərinə küçədə tibbi maska taxmamağa icazə verilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın kütləvi xəstəliklərin qarşısının alınması mərkəzi açıqlama yayıb.

Yeni qaydalar avqustun 20-dən qüvvəyə minir.

Pekində stadionlarda və idman salonlarında da maska taxmaq məcburi deyil, ancaq qurum rəhbərliyi ilə razılaşdırmaq lazımdır.

Hazırda Çinin paytaxtındakı xəstəxanalarda yalnız iki koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pekin  





Xəbər lenti