Müğənni canlı yayım edərkən faciəvi şəkildə öldü - VİDEO

 Müğənni canlı yayım edərkən faciəvi şəkildə öldü -  VİDEO
  20 Avqust 2020    Oxunub:18586
Rumıniyalı müğənni Tavi Pustiunin avtomobili İnstaqramda canlı yayım zamanı qatarla toqquşub.

Azvision.az “Daily Star”a istinadən xəbər verrir ki, kadrlarda Pustiu musiqiyə qulaq asır və maşında onunla birlikdə olan həyat yoldaşına təbəssümlə baxır.
Bir anda onun ifadəsi kəskin şəkildə dəyişir, qışqırmağa başlayır.

Məlumata görə, avtomobil qatarla toqquşub. Hadisə nəticəsində 29 yaşlı müğənni Pustiu yerindəcə ölüb, 24 yaşlı həyat yoldaşı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Polis əməkdaşları qəzaya səbəb kimi dəmir yolu keçidində yol hərəkəti qaydalarına əməl edilməməsini göstərib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəza   Müğənni  





Xəbər lenti