Obama yenə Trampı hədəfə aldı

Obama yenə Trampı hədəfə aldı
  20 Avqust 2020    Oxunub:2231
ABŞ-ın keçmiş rəhbəri Barak Obama Donald Trampın prezidentliyini realiti şou ilə müqayisə edib.
Azvision.az xəbər verir ki, Obamanın çıxışı ABŞ-ın Demokratlar Partiyasının Milli Qurultayının saytında yerləşdirilib.

Keçmiş prezidentin sözlərinə görə, Tramp hazırkı vəzifəsində işləməyə maraq göstərmir və səlahiyyətlərindən istifadə edərək özündən və dostlarından başqa heç kimə kömək etmir.

Obama bildirib ki, Tramp prezidentliyi arzuladığı marağı özünə cəlb etmək üçün istifadə edilə bilən realiti şou kimi qəbul edir.

Bundan əlavə, Obama keçmiş vitse-prezident və hazırkı prezidentliyə namizəd Co Baydenin keyfiyyətlərini yüksək qiymətləndirib, onda qətiyyətin, empatiya hissinin və insanlara hörmətin olduğunu qeyd edib.

"12 il əvvəl vitse-prezident axtarışına çıxanda qardaşımı tapacağımı gözləmirdim".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti