“Rusiya mühüm tərəfdaşını itirmə təhlükəsi ilə üz-üzə qalacaq”

  13 Avqust 2020    Oxunub : 3531
“Rusiya mühüm tərəfdaşını itirmə təhlükəsi ilə üz-üzə qalacaq”
"Ermənistan-Azərbaycan sərhədində (Tovuz rayonu) baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana 400 tonluq hərbi təyinatlı yük daşınıb".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, Rusiya Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə etməklə Ermənistanı silahlandırır:

"Bu silahlar Ermənistanın Qarabağı işğal altında saxlaması, cinayətkar separatçı rejimin dəstəklənməsi, bir sözlə, Azərbaycan əsgərinin cəbhədə öldürülməsi üçün istifadə olunur. Cənab Prezident bu gün Rusiya Prezidenti ilə telefon danışığında problemlə bağlı ciddi və birmənalı mövqe nümayiş etdirib. Rusiya bilir ki, Azərbaycan indiyədək Rusiyaya qarşı hər zaman dostluq münasibətində olub. Lakin, qarşılığında...30 ilə yaxındır torpaqlarımız işğal altındadır və Qarabağ məsələsində Rusiya Azərbaycanın ərazi bütövlüyünü təəssüf ki, dəstəkləmir. Dəstəkləsəydi, əmin olun ki, Qarabağ problemimiz olmazdı.

Rusiya separatçılığı dəstəkləməklə Cənubi Qafqazda öz siyasi təsirini qorumaq fikrində ola bilər, Gürcüstanda olduğu kimi. Amma Gürcüstan təcrübəsində olduğu kimi, belə davam edərsə, Rusiya Cənubi Qafqazda daha bir mühüm tərəfdaşını itirmə təhlükəsi ilə üz-üzə qalacaq".

Azvision.az

Teqlər: Deputat   Nurlan-Həsənov