Co Bayden Belarusdakı etirazçıları dəstəklədi

  11 Avqust 2020    Oxunub : 1567
Co Bayden Belarusdakı etirazçıları dəstəklədi
Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Co Bayden Belarusdakı etirazçılara dəstək verib.
Azvision.az xəbər verir ki, bu barədə siyasətçinin "Medium" saytında yayımlanan çıxışında bildirilib.

"Səslərin şəffaf, dəqiq hesablanmasına və bütün siyasi məhbusların sərbəst buraxılmasına çağıranları dəstəkləyirəm".

Bayden Belarus Prezidenti Aleksandr Lukaşenkonu dinc aksiyalarda iştirak edənlərin hüquqlarına hörmət etməyə və zorakılıqdan çəkinməyə çağırıb.

O, həmçinin seçkilərin saxtalaşdırıldığını iddia edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Belarus