DGK-nın Çağrı mərkəzinə 4892 müraciət daxil olub

DGK-nın Çağrı mərkəzinə 4892 müraciət daxil olub
  09 Avqust 2020    Oxunub:5453
Dövlət Gömrük Komitəsi iyul ayı üçün "195/6" Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 4892 müraciət cavablandırılıb. Bu müraciətlərdən 479-u elektron xidmətlər, 268-i gömrük ödənişləri, 101-i gömrük təmsilçiliyi, 820-si fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır.

Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 269 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 426, şikayət xarakterli müraciətlər 127, qısa idxal bəyannaməsi ilə bağlı 43, ixrac gömrük proseduru ilə bağlı 70 və digər mövzularla bağlı 2289 müraciət daxil olub.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti