Qohumunu öldürən şəxs tutuldu

Qohumunu öldürən şəxs tutuldu
  08 Avqust 2020    Oxunub:2519
Avqustun 6-da saat 23 radələrində Biləsuvar rayonunun Nərimankənd kənd sakini Elxan Vəliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hadisənin zərərçəkmişin qohumu A. Heydərov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini A. Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Azvision.az


Teqlər: Polis   Qetl   DIN  





Xəbər lenti