Vergi ödəyicilərinə 161 milyon manatdan çox yardım edilib

Vergi ödəyicilərinə 161 milyon manatdan çox yardım edilib
  07 Avqust 2020    Oxunub:2418
Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 29 095 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 708 fərdi (mikro) sahibkar, cəmi 147 803 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 732 işçini əhatə edən 29 095 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 mln. manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 856 vergi ödəyicisinə 215 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 708 vergi ödəyicisindən müraciət daxil olub, 111 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 mln. manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 mln. manat vəsaitin 106 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, avqustun 6-na pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 161 590,9 ‬min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Azvision.az


Teqlər: Pandemiya   Vergi   Ödəyici  





Xəbər lenti