13 min nəfərə verilən ödənişlər dayandırılıb

  07 Avqust 2020    Oxunub : 2592
  13 min nəfərə verilən ödənişlər dayandırılıb
13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, həmin şəxslərin 10 mini sonradan əmək müqaviləsi imzalayıb.

“3 min insanın isə müxtəlif gəlir mənbələri olduğu üçün onlar sosial ödənişlərin verilməsindən kənarlaşdırılıb. Sosial şəbəkələrdə həmin insanlarla bağlı yazılan hallar araşdırıldı və onlar növbəti dövr üçün ödənişlərdən uzaqlaşdırıldı. Amma o dövr üçün onun haqqı verildi və bu, geri alınmır. Proses elektron şəkildə gedir və onun hər hansı vəsaitinin olub-olmaması bilinmir. Lakin sonradan bunlar aşkar edildikcə, onlar haqqında məlumatlar bu kateqoriyadan silindi”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir