Nazir İctimai Şura üzvləri ilə videokonfrans edib

Nazir İctimai Şura üzvləri ilə videokonfrans edib
  06 Avqust 2020    Oxunub:4170
Avqustun 6-da Təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib .
Təhsil Nazirliyindən Azvision.az -a bildiirlib ki, onlayn görüşdə koronavirus pandemiyası dövründə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili, 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb.

Qeyd olunub ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək.

Məlumata görə, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.

Azvision.az


Teqlər: Nazir  





Xəbər lenti