Sahibkarlara dəstək üçün əlavə 100 milyon ayrıldı

  06 Avqust 2020    Oxunub : 1866
 Sahibkarlara dəstək üçün əlavə 100 milyon ayrıldı
“2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri qeyd edib ki, dövlət büdcəsində sahibkarlığa dəstək üçün əlavə 100 milyon manat nəzərdə tutulub.

Nazirlər Kabinetinin dünən verdiyi qərarla Azərbaycanda pandemiya dövründə zərər çəkən və təsirlərə məruz qalan sahibkarların dövlət tərəfindən dəstəyi əlavə bir ay uzadılıb. Bu, həmin sahibkarların muzdla çalışanların əhəmiyyətli hissəsinin, fərdi sahibkarların isə böyük bir hissəsinə dövlət tərəfindən yardımların davam etməsi deməkdir. Xüsusilə qeyd edim ki, bu ilin 1 iyul tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə, 105,6 min fərdi sahibkara isə dövlət bütövlükdə 170 milyon manatdan çox vəsait ödəyib”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis