Neft Fondu bir ildə “AÇG”dən 2,4 milyard dollar qazanıb

Neft Fondu bir ildə “AÇG”dən 2,4 milyard dollar qazanıb
  06 Avqust 2020    Oxunub:2440
Bu il (01.01.2020 - 01.08.2020 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 485 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Azvision.az -a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, bu il (01.01.2020 - 01.08.2020 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 215,5 mln. ABŞ dolları təşkil edib.

Məlumata əsasən, hesabat dövründə "Şahdəniz" yatağından əldə edilən gəlirlərinin 149 mln. dolları kondensatın payına düşüb.

Azvision.az



Teqlər: ARDNF  





Xəbər lenti