“Qarşımızda yeni vəzifələr qoyulub” – Arif Əsgərov

“Qarşımızda yeni vəzifələr qoyulub” – Arif Əsgərov
  21 Yanvar 2014    Oxunub:1515
“Hökumət tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulub”.
AzVision.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov YAP-ın saytına müsahibəsində deyib.
O, bildirib ki, prezidentin 23 may 2011-ci ildə imzaladığı «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanın icrasında uyğun olaraq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi altında İşçi Qrupu yaradılıb.

“İşçi Qrup “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yeni elektron xidmət növlərinin müəyyən edilməsi və tətbiqi istiqamətində gərgin iş aparır”.

A.Əsgərovun sözlərinə görə, Dövlət Proqramında nəzərdə tutulan işlərin həyata keçməsi nəticəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaq və bu Dövlət Proqramının preampulasında çox dəqiq ifadə olunub:

“Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaq”.

Sədr qeyd edib ki, növbəti illərdə də Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulub.

“Ümidvaram ki, qarşımızda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektivimiz əzmlə çalışacaq. Qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti