Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
  21 Yanvar 2014    Oxunub:1017
Qeyri-sabit hava şəraiti 2 gün ərzində də davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. əsasən, səhrə və axşam bəzi yerlərdə ciskinli az yağıntı olacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. mülayim çənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycan bölgələrində yanvarın 22-də əsasən, şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, gecə dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.




Teqlər:  





Xəbər lenti