Kiyevdə polisə hücum edənlər tutulub

Kiyevdə polisə hücum edənlər  tutulub
  20 Yanvar 2014    Oxunub:1060
Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılmış iki nəfərin şəxsiyyəti müəyyən edilib.
Onlardan biri 30 yaşlı Kiyev sakini, “Svoboda” birliyinin üzvüdür. Bu şəxs əvvəllər bir neçə dəfə xırda xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilib.

Saxlanılmış digər şəxs “Çerep” ləqəbli 41 yaşlı kişidir. O, əvvəllər adam öldürdüyünə görə məhkum olunub və 13 il dustaqlıq həyatı yaşayıb. İlkin məlumata görə, bu adam “Patriot Ukrainı” təşkilatının fəaliyyətində iştirak edir.

Kiyevdəki Qruşşevski küçəsində baş verən hadisələrlə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi üzrə (kütləvi iğtişaşlar) cinayət icraatı başlanılıb. Hüquq mühafizəçilərinə hücumların fəal iştirakçıları saxlanılaraq daxili işlər orqanlarına gətirilir.


Teqlər:





Xəbər lenti