Naxçıvan əhalisinin sayı 460 mini ötdü

   Naxçıvan əhalisinin sayı 460 mini ötdü
  24 İyul 2020    Oxunub:3450
Muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 3,1 min nəfər artaraq 1 iyun 2020-ci il tarixə 460,4 min nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən
dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,7 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Statistika  





Xəbər lenti