Prezident Naxçıvan televiziyasının əməkdaşlarını təltif etdi - FOTO

Prezident Naxçıvan televiziyasının əməkdaşlarını təltif etdi -    FOTO
  22 İyul 2020    Oxunub:4193
Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncamlar imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları da var.

Prezidentin Sərəncamı ilə televiziyanın "Xəbərlər" redaksiyasının baş redaktoru Canbaxşiyev Səməd Canbağış oğlu və dövlət tədbirləri üzrə videomontaj operatoru Məhərrəmov Elşən Müslüm oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Dövlət başçısının digər bir Sərəncamı ilə televiziyanın İctimai-siyasi məsələlər redaksiyasının redaktoru Heydərova Elnarə Valeh qızı isə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə təltif ediliblər.





Azvision.az


Teqlər: Naxçıvan   Təltif  





Xəbər lenti