Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artıb

Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artıb
  19 Yanvar 2014    Oxunub:1398
2013-cü ildə Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib, qeydiyyata alınmış 7879 hüquqi şəxsin 211-i dövlət mülkiyyətinə, 6-sı bələdiyyə mülkiyyətinə, 6956-sı isə xüsusi mülkiyyətə aid olub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi qeydiyyata alınmışlardan 568-i tam xarici investisiyalı, 138-i isə birgə müəssisələrdir.

Yeni müəssisələrin 54,5 faizi Bakıda, 12,6 faizi Aran, 6,5 faizi Abşeron, 7,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, keçən il ərzində 65 080 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.


Teqlər:





Xəbər lenti