Qax sakini dağdan yıxılaraq ölüb

Qax sakini dağdan yıxılaraq ölüb
  19 Yanvar 2014    Oxunub:981
Qax sakini dağdan yıxılaraq ölüb.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, bir neçə gündür itkin düşdüyü güman edilən Qax rayonu, Ağçay kənd sakini 53 yaşlı Babayev Bədrəddin Novruz oğlunun dağdan yıxılaraq dünyasını dəyişdiyi bildirilir.

Hələlik onun meyitini yıxıldığı ərazidən çıxarmaq mümkün olmayıb. Bu məqsədlə sabah əraziyə vertolyotlar göndəriləcək.
Onun dağa hansı məqsədlə getdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti