Gürcüstanda koronavirusa yoluxma sayı artır

  13 İyul 2020    Oxunub : 1595
 Gürcüstanda koronavirusa yoluxma sayı artır
Gürcüstanda son sutka ərzində 9 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Stop.CoV” saytına istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 995 nəfərə çatıb.

Hazırda Gürcüstanda koronavirus səbəbilə 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə alır.

İndiyədək virusa yoluxanlardan 857 nəfər sağalıb, 15 xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Stop.CoV