Almaniyada yoluxma sayı 159 nəfər artdı

Almaniyada yoluxma sayı 159 nəfər artdı
  13 İyul 2020    Oxunub:2021
Almaniyada son sutka ərzində koronavirusdan yalnız bir ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, virusdan ölənlərin ümumi sayı 9064 nəfərə çatıb.

Son sutkada koronavirusa yoluxanların sayı 159 nəfər artaraq 198 963-ə yüksəlib, indiyədək 185,1 min xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (49 273), Şimali Reyn-Vestfaliya (44 974) və Baden-Vürttemberq (36 041) bölgələrində qeydə alınıb. Berlində 8638 nəfər koronavirusa yoluxub. Ən az yoluxma halı isə Meklenburqda (804) aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoxİnstitu  





Xəbər lenti