İranda virusa yoluxma sayı 255 mini ötdü

  11 İyul 2020    Oxunub : 3707
  İranda virusa yoluxma sayı 255 mini ötdü
İranda son sutkada koronavirusdan 188 ölüm faktı qeydə alınıb.
Azvision.az “Mehr”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Ölkədə son sutkada yoluxanların sayı 2397 nəfər artaraq 255 117-yə yüksəlib. 217 666 pasiyent müalicə olunaraq sağalıb, 12 635 nəfər isə vəfat edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Azvision.az

Teqlər: İran   Koronavirus   Pandemiya