Prezident Cahangir Əsgərovu təltif etdi

  11 İyul 2020    Oxunub : 5640
   Prezident Cahangir Əsgərovu təltif etdi
Prezident İlham Əliyev Cahangir Əsgərovun təltif olunması haqqında sərəncam imzalayıb.

Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Cahangir Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Bu gün onun 70 yaşı tamam olur.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev