Çində koronavirusla bağlı son vəziyyət

  11 İyul 2020    Oxunub : 2818
Çində koronavirusla bağlı son vəziyyət
Çində son sutka ərzində koronavirus infeksiyasına 2 yeni yoluxma qeydə alınıb, daha 4 asimptomatik daşıyıcı aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bir gündə 14 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Yeni yoluxmalar ölkəyə idxal olunub.

Ümumilikdə, Çində 83 587 nəfərdə koronavirus aşkar edilib, 78 623 nəfər sağalıb, 330 COVID-19 xəstəsinin müalicəsi davam edir. Bu günədək virusa yoluxmuş 4634 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVİD-19