Keçmiş müavini yenə Əli Kərimliyə sataşdı

Keçmiş müavini yenə Əli Kərimliyə sataşdı
  18 Yanvar 2014    Oxunub:995
“Elçibəy yolunu davam etdirə bilmədik”.
AXCP-nin sədr müavinliyindən və Milli Şuradan istefa verən Asəf Quliyev müxalifət düşərgəsini tənqid edib. AzVision.az-ın məlumatına görə, A.Quliyev özünü Elçibəy davamçısı adlandıran siyasətçilərə eyham vurub:

“Xalqa sahib çıxıb onu ağ günə çıxartmaq, xoşbəxt həyat bəxş etmək üçün öncə millət sevgisi və səmimiyyət əsas şərtdir. Bunlara malik olmayanlar geniş xalq kütləsini yox, müəyyən biri qurupu öz ətrafında toplaya bilər. Xalqın dəstəyini qazanmayan qüvvə nə qədər mübarizə aparsada hədərə çata bilməz. Millət sevgisinin, səmimiyyətin nəticəsi idiki xalq Elçibəyi qəbul edirdi.Təssüf ki, Elçibey yolunu davam etdirə bilmədik.

AzVision.az


Teqlər:  





Xəbər lenti