İtaliyada daha 214 nəfər koronavirusa yoluxdu

  09 İyul 2020    Oxunub : 2605
İtaliyada daha 214 nəfər koronavirusa yoluxdu
İtaliyada son sutka ərzində 214 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 242 min 363 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 12 nəfər artaraq 34 min 926-ya çatıb, 193 min 978 nəfər müalicə olunaraq sağalıb.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus   Pandemiya