Kadırov onu tənqid edən bloqerin qətlindən yazdı
Azvision.az xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında yazıb.
“Bilirlər ki, Rusiyanın Qafqaz sərhədləri mənim və sadiq komandam tərəfindən qorunur. Bu, onların xoşuna gəlmir”, - deyə Kadırov vurğulayıb.
O, Osmanlı İmperiyasında belə halların baş verdiyini xatırladıb.
Çeçenistan lideri əlavə edib ki, satılmış xəbərçilər öz işlərinə görə pul alırlar və sonra onları uydurma "həqiqətin" günahsız qurbanları kimi öldürürlər.
Xatırladaq ki, iyulun 5-də Vyanada çeçen bloqer Mamixan Umarov qətlə yetirilib. Hadisə ilə bağlı iki nəfər tutulub. Öldürülən bloqer dəfələrlə Kadırovu tənqid edib və ailəsinə qarşı təhqirlər səsləndirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Kadırov